← Ecclesiastes (11/12) → |
1. | Çörəyini suların üzünə burax, Çünki uzun müddət sonra yenə onu taparsan. |
2. | Yeddi ya səkkiz adama pay ver, Çünki bilmirsən ki, Ölkədə necə bir pis gün olacaq. |
3. | Əgər buludlar su ilə dolu olsa, Yağışlarını yer üzünə səpər. Əgər bir ağac cənub ya şimal Səmtinə yıxılsa, Elə yıxıldığı yerdə də qalar. |
4. | Küləyə baxan toxum səpməz, Buludlara baxan əkdiyini biçməz. |
5. | Küləyin səmtini, Hamilə qadının qarnında Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi Hər şeyi yaradan Allahın işlərindən də xəbərsizsən. |
6. | Toxumunu səhər vaxtı səp, Axşama qədər də əlin boş durmasın. Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq Yoxsa sonrakı Yaxud hər ikisi birlikdə. |
7. | Həqiqətən, işıq gözəldir, Günəşi görmək gözlərə xoşdur. |
8. | Əgər insan uzun ömür sürürsə, Qoy sevinclə yaşasın. Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın, Çünki onlar daha çox olacaq. Baş verəcək hər şey puçdur. |
9. | Ey gənc, cavanlığında sevin, Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin. Ürəyinin istədiyi ilə, Gözlərinin gördüyü ilə get. Ancaq bil ki, Allah Bunların hamısına görə Səni mühakimə edəcək. |
10. | Buna görə də təşvişi ürəyindən qov, Əzabı bədənindən uzaqlaşdır. Çünki cavanlıq da, Cavanlıqdakı güc də puçdur. |
← Ecclesiastes (11/12) → |