| 2Thessalonians (1/3) → |
| 1. | Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! |
| 2. | Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! |
| 3. | Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır. |
| 4. | Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik. |
| 5. | Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız. |
| 6. | Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət, |
| 7. | əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq. |
| 8. | O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq. |
| 9. | Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək. |
| 10. | Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız. |
| 11. | Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin. |
| 12. | Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız. |
| 2Thessalonians (1/3) → |