← 2Corinthians (13/13) |
1. | Bu, yanınıza üçüncü gəlişim olacaq. «Hər iddia iki yaxud üç şahidin sözü ilə təsdiq edilsin». |
2. | İkinci dəfə yanınızda olanda keçmişdə günah işlədənlərə xəbər verdiyim kimi indi uzaqda olanda da onların və başqalarının hamısına xəbərdarlıq edirəm ki, yenə yanınıza gələndə onların heç birini cəzasız qoymayacağam. |
3. | Məsihin mənim vasitəmlə danışdığına dair istədiyiniz sübut budur. Məsih aranızda zəifliklə deyil, qüdrətlə fəaliyyət göstərir. |
4. | Çünki O, zəiflik içində çarmıxa çəkildiyi halda Allahın qüdrəti ilə yaşayır. Biz də Onda zəifik, amma sizin xeyriniz üçün Onunla bərabər Allahın qüdrəti ilə yaşayacağıq. |
5. | Özünüzü yoxlayın və iman yolunda olub-olmadığınızı bilmək üçün sınaqdan keçirin. İsa Məsihin daxilinizdə olduğunu başa düşmürsünüzmü? Yoxsa sınaqdan keçmirsiniz? |
6. | Ümidvaram, bizim sınaqdan keçdiyimizi başa düşəcəksiniz. |
7. | Allaha dua edirik ki, pis iş görməyəsiniz; bu bizim sınaqdan keçməyimizi göstərmək üçün deyil, sınaqdan keçməyənlər kimi olsaq da, sizin yaxşılıq etməniz üçündür. |
8. | Çünki həqiqətə qarşı heç nə edə bilmərik, nə etsək, həqiqət uğrunda edirik. |
9. | Biz zəif, sizsə güclü olanda sevinirik. Bərpa olmanız üçün dua edirik. |
10. | Bunları sizə uzaqdan yazıram ki, yanınızda olanda Rəbbin yıxmaq üçün deyil, inkişaf etdirmək üçün mənə verdiyi səlahiyyəti sərt şəkildə istifadə etməyə məcbur olmayım. |
11. | Nəhayət, ey qardaşlar, sevinin. Bərpa olunun, təsəlli tapın, həmfikir olun, sülh içində ömür sürün. Məhəbbət və sülh qaynağı olan Allah sizinlə olacaq. |
12. | Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Bütün müqəddəslər sizə salam göndərir. |
13. | *** POSSIBLE ERROR IN BIBLE, TEXT MISSING HERE *** |
← 2Corinthians (13/13) |