← 2Chronicles (27/36) → |
1. | Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi. |
2. | Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi. |
3. | O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü. |
4. | Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi. |
5. | Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi. |
6. | Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi. |
7. | Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. |
8. | O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. |
9. | Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu. |
← 2Chronicles (27/36) → |