← 1Thessalonians (5/5) |
1. | Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. |
2. | Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. |
3. | İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. |
4. | Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. |
5. | Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. |
6. | Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. |
7. | Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. |
8. | Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. |
9. | Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. |
10. | Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. |
11. | Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin. |
12. | Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. |
13. | Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. |
14. | Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. |
15. | Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. |
16. | Daima sevinin, |
17. | durmadan dua edin, |
18. | hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. |
19. | Ruhu söndürməyin. |
20. | Peyğəmbərlik sözlərinə xor baxmayın. |
21. | Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. |
22. | Hər cür şərdən uzaq durun. |
23. | Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. |
24. | Sizi çağıran Allah sadiqdir və bunu edəcək. |
25. | Qardaşlar, bizim üçün dua edin. |
26. | Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. |
27. | Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun. |
28. | Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun! |
← 1Thessalonians (5/5) |