1John (1/5) → |
1. | Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik. |
2. | Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. |
3. | Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir. |
4. | Biz bunları yazırıq ki, sevincimiz kamil olsun. |
5. | Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur. |
6. | Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. |
7. | Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir. |
8. | Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. |
9. | Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. |
10. | Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur. |
1John (1/5) → |