| ← 1Chronicles (8/29) → |
| 1. | Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah, |
| 2. | dördüncüsü Noxa, beşincisi Rafa. |
| 3. | Belanın oğulları bunlardır: Addar, Gera, Avihud, |
| 4. | Avişua, Naaman, Axoah, |
| 5. | Gera, Şefufan və Xuram. |
| 6. | Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır: |
| 7. | Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi. |
| 8. | Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu, |
| 9. | arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam, |
| 10. | Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi. |
| 11. | Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu. |
| 12. | Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi. |
| 13. | Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu. |
| 14. | Berianın oğulları: Axyo, Şaşaq, Yeremot, |
| 15. | Zevadya, Arad, Eder, |
| 16. | Mikael, İşpa və Yoxa. |
| 17. | Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever, |
| 18. | İşmeray, İzlia və Yovav. |
| 19. | Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi, |
| 20. | Elienay, Silletay, Eliel, |
| 21. | Adaya, Beraya və Şimrat. |
| 22. | Şaşaqın oğulları: İşpan, Ever, Eliel, |
| 23. | Avdon, Zikri, Xanan, |
| 24. | Xananya, Elam, Antotiya, |
| 25. | İfdeya və Penuel. |
| 26. | Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya, |
| 27. | Yaareşya, İlyas və Zikri. |
| 28. | Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar. |
| 29. | Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. |
| 30. | İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav, |
| 31. | Qedor, Axyo, Zeker, |
| 32. | Şimanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı. |
| 33. | Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. |
| 34. | Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. |
| 35. | Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz. |
| 36. | Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. |
| 37. | Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. |
| 38. | Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. |
| 39. | Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet. |
| 40. | Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir. |
| ← 1Chronicles (8/29) → |