← 1Chronicles (7/29) → |
1. | İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər. |
2. | Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi. |
3. | Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi. |
4. | Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi. |
5. | İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi. |
6. | Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər. |
7. | Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi. |
8. | Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi. |
9. | Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi. |
10. | Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar. |
11. | Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi. |
12. | İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi. |
13. | Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi. |
14. | Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir. |
15. | Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi. |
16. | Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi. |
17. | Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır. |
18. | Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu. |
19. | Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam. |
20. | Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat, |
21. | onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər. |
22. | Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi. |
23. | Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi. |
24. | Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi. |
25. | Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan, |
26. | onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama, |
27. | onun oğlu Nun, onun oğlu Yeşua. |
28. | Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri, |
29. | həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı. |
30. | Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. |
31. | Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel. |
32. | Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua. |
33. | Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat. |
34. | Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram. |
35. | Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal. |
36. | Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra, |
37. | Beser, Hod, Şamma, Şilşa, İtran və Beera. |
38. | Yeterin oğulları: Yefunne, Pispa və Ara. |
39. | Ullanın oğulları: Arah, Xanniel və Risya. |
40. | Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi. |
← 1Chronicles (7/29) → |