← 1Chronicles (6/29) → |
1. | Levinin oğulları: Gerşon, Qohat və Merari. |
2. | Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. |
3. | Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. |
4. | Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. |
5. | Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. |
6. | Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. |
7. | Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. |
8. | Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. |
9. | Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. |
10. | Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. |
11. | Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. |
12. | Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. |
13. | Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. |
14. | Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. |
15. | Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu. |
16. | Levinin oğulları: Gerşon, Qohat və Merari. |
17. | Gerşonun oğullarının adları belədir: Livni və Şimey. |
18. | Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. |
19. | Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. |
20. | Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, |
21. | onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. |
22. | Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, |
23. | onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, |
24. | onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. |
25. | Elqananın oğulları: Amasay, Aximot və Elqana. |
26. | Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat, |
27. | onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. |
28. | Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. |
29. | Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, |
30. | onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya. |
31. | Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. |
32. | Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. |
33. | Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu |
34. | Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu |
35. | Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu |
36. | Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu |
37. | Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu |
38. | İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu. |
39. | Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu |
40. | Mikael oğlu Baaseya oğlu Malkiya oğlu |
41. | Etni oğlu Zerah oğlu Adaya oğlu |
42. | Etan oğlu Zimma oğlu Şimey oğlu |
43. | Yaxat oğlu Gerşon oğlu Levi oğlu. |
44. | Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu |
45. | Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu |
46. | Amsi oğlu Bani oğlu Şemer oğlu |
47. | Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu. |
48. | Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu. |
49. | Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. |
50. | Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua, |
51. | onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, |
52. | onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, |
53. | onun oğlu Sadoq, onun oğlu Aximaas. |
54. | Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara |
55. | Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. |
56. | Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər. |
57. | Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, |
58. | Xilenlə otlaqları, Devirlə otlaqları, |
59. | Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları, |
60. | Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir. |
61. | Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. |
62. | Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. |
63. | Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. |
64. | İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. |
65. | Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər. |
66. | Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. |
67. | Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, |
68. | Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, |
69. | Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. |
70. | Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi. |
71. | Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, |
72. | İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, |
73. | Ramotla otlaqları, Anemlə otlaqları, |
74. | Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, |
75. | Xuqoqla otlaqları, Rexovla otlaqları, |
76. | Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları. |
77. | Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, |
78. | Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, |
79. | Qedemotla otlaqları, Mefaatla otlaqları, |
80. | Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, |
81. | Xeşbonla otlaqları, Yazerlə otlaqları. |
← 1Chronicles (6/29) → |