| ← 1Chronicles (25/29) → |
| 1. | Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur: |
| 2. | Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər. |
| 3. | Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi. |
| 4. | Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot. |
| 5. | Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi. |
| 6. | Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi. |
| 7. | Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi. |
| 8. | Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı. |
| 9. | Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 10. | Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi. |
| 11. | Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi. |
| 12. | Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 13. | Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 14. | Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi. |
| 15. | Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi. |
| 16. | Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 17. | Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi. |
| 18. | On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi. |
| 19. | On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 20. | On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi. |
| 21. | On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi. |
| 22. | On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi. |
| 23. | On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi. |
| 24. | On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi. |
| 25. | On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi. |
| 26. | On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi. |
| 27. | İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi. |
| 28. | İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi. |
| 29. | İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi. |
| 30. | İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi. |
| 31. | İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi. |
| ← 1Chronicles (25/29) → |