← 1Chronicles (2/29) → |
1. | İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, |
2. | Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer. |
3. | Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. |
4. | Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi. |
5. | Peresin oğulları: Xesron və Xamul. |
6. | Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. |
7. | Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. |
8. | Etanın oğlu Azarya idi. |
9. | Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. |
10. | Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. |
11. | Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. |
12. | Boazdan Oved törədi və Oveddən Yessey törədi. |
13. | Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, |
14. | dördüncüsü Netanel, beşincisi Radday, |
15. | altıncısı Osem, yeddincisi Davud. |
16. | Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. |
17. | Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi. |
18. | Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon. |
19. | Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu. |
20. | Xurdan Uri törədi. Uridən Besalel törədi. |
21. | Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu. |
22. | Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi. |
23. | Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi. |
24. | Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu. |
25. | Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. |
26. | Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. |
27. | Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer. |
28. | Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. |
29. | Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. |
30. | Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. |
31. | Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi. |
32. | Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. |
33. | Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi. |
34. | Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. |
35. | Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. |
36. | Attaydan Natan törədi. Natandan Zavad törədi. |
37. | Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. |
38. | Oveddən Yehu törədi. Yehudan Azarya törədi. |
39. | Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. |
40. | Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. |
41. | Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi. |
42. | Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. |
43. | Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. |
44. | Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi. |
45. | Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. |
46. | Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. |
47. | Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. |
48. | Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. |
49. | O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. |
50. | Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, |
51. | Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. |
52. | Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı. |
53. | Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. |
54. | Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar. |
55. | Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir. |
← 1Chronicles (2/29) → |