| ← 1Chronicles (15/29) → |
| 1. | Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu. |
| 2. | Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi». |
| 3. | Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı. |
| 4. | Davud Harunun nəslindən olan adamları və Levililəri topladı: |
| 5. | Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu; |
| 6. | Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu; |
| 7. | Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu; |
| 8. | Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu; |
| 9. | Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu; |
| 10. | Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu. |
| 11. | Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb |
| 12. | onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın. |
| 13. | Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı». |
| 14. | İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər. |
| 15. | Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar. |
| 16. | Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. |
| 17. | Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, |
| 18. | onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. |
| 19. | İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər, |
| 20. | Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, |
| 21. | Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. |
| 22. | Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; |
| 23. | Berekya və Elqana sandığın yanında qapıçı idi; |
| 24. | kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi. |
| 25. | Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər. |
| 26. | Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi. |
| 27. | Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi. |
| 28. | Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar. |
| 29. | Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi. |
| ← 1Chronicles (15/29) → |