1Chronicles (1/29) → |
1. | Adəm, Şet, Enoş, |
2. | Qenan, Mahalalel, Yered, |
3. | Xanok, Metuşelah, Lemek, |
4. | Nuh, Sam, Ham və Yafəs. |
5. | Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras. |
6. | Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. |
7. | Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim. |
8. | Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. |
9. | Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. |
10. | Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. |
11. | Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular, |
12. | Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. |
13. | Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet, |
14. | həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar, |
15. | Xivlilər, Arqlılar, Sinlilər, |
16. | Ervadlılar, Semarlılar və Xamatlılar. |
17. | Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek. |
18. | Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi. |
19. | Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. |
20. | Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, |
21. | Hadoram, Uzal, Diqla, |
22. | Eval, Avimael, Səba, |
23. | Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi. |
24. | Sam, Arpakşad, Şelah, |
25. | Ever, Peleq, Reu, |
26. | Seruq, Naxor, Terah, |
27. | İbram, yəni İbrahim. |
28. | İbrahimin oğulları: İshaq və İsmail. |
29. | Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam, |
30. | Mişma, Duma, Massa, Xadad, Tema, |
31. | Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır. |
32. | İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan. |
33. | Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır. |
34. | İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. |
35. | Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. |
36. | Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. |
37. | Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza. |
38. | Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. |
39. | Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. |
40. | Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. |
41. | Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. |
42. | Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran. |
43. | İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi. |
44. | Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. |
45. | Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. |
46. | Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. |
47. | Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. |
48. | Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. |
49. | Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. |
50. | Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi. |
51. | Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet, |
52. | başçı Oholivama, başçı Ela, başçı Pinon, |
53. | başçı Qenaz, başçı Teman, başçı Mivsar, |
54. | başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır. |
1Chronicles (1/29) → |